İTV bağlanmış televiziyanın avadanlıqlarını satın aldı

Cəmiyyət

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ləğv prosesində olan “Lider TV və Radio Azərbaycan” MMC-nin avadanlıqlarını alıb.

“Report” bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, İTV əsas vəsaitlərin, aktivlərin və studiyanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “Lider TV və Radio Azərbaycan”dır.

Qalib şirkətə 838,6 min manat ödəniləcək.

Xatırladaq ki, Bakı Kommersiya Məhkəməsinin ötən ilin may ayında qəbul etdiyi qərarla müflis elan edilmiş “Lider TV və Radio Azərbaycan”a əmlak inzibatçısı təyin edilib. Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Belə ki, bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olduğundan onun əmlakını da “Teleqüllə”nin rəhbəri satır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir