Gəncədə evə BASQIN: “İmamzadə”nin axundunun qohumu yaralandı

Cəmiyyət

Gəncədə evə basqın olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar. Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir