Gənc Mühasiblər İctimai Birliyinin layihəsinin icrası davam edir – FOTO

Cəmiyyət

Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası davam edir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Bakı şəhərində 1 aprel 2022-ci il tarixində növbəti 2-ci seminar təşkil olundu. Seminarda 15 mühasib iştirak etdi. 

Seminara Dövlət İmtahan Mərkəzinin əməkdaşları – DİM Ali Təhsil üzrə sektor müdiri Əlişirin Şükürov, Strateji İnkişaf Şöbəsinin Baş Mütəxəssisi Xanlar Əmiraslanlı və PMS üzrə mütəxəssis Mirşahin Ağayev təlimçi qismində dəvət olunmuşdur. Seminar müddətində nəzərdə tutulan mövzular üzrə mütəxəssislər məlumat verdi və yekunda isə iştirakçı mühasiblərə maraqlı olan PMS imtahanı ilə bağlı suallarına cavablar verildi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir