İKT üzrə qəbul yerlərinin sayı iki dəfə artırılıb

Cəmiyyət

“2017-2018-ci ilin bakalavr təhsil ilindən 2022-2023-cü il təhsil ilinə İT ixtisaslarına qəbul 1964 nəfərdən 3750 nəfərə çatıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının  yaradılması ilə bağlı təqdimatında Azərbaycan təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, dövlət sifarişli yerlərin 670 nəfərdən 2500 nəfərə çatıb:
“Bu isə təqribən 4 dəfəyə yaxın artım deməkdir. Bu istiqamətdə bizim işlərimiz davam edəcək”.

Nazir əlavə edib ki, magistratura səviyyəsində də ümumi yerlər 370-dən 1083-ə, dövlət sifarişli yerlər isə 195-dən 720-ə qədər artıb.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir