Məktəblərdə Əlifba bayramı keçirilmir – RƏSMİ

Cəmiyyət

Təhsil Nazirliyindən Əlifba bayramının keçirilməməsi məsələsinə aydınlıq gətirilib.

APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artıq şagirdlər əlifbanı məktəbəhazırlıq dövründə öyrənməyə başlayırlar.

“I sinfin I yarımilinə qədər şagirdlər əlifbanı öyrənib bitirdikləri üçün artıq bir neçə ildir may ayında Əlifba bayramı keçirilmir” – deyə o qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir