Nazir: “Hər il ən azı 100 min vətəndaşımız əmək bazarına daxil olur”

Cəmiyyət

“Bu gün 4 illik dönəm ərzində ölkədə 49 min kiçik və mikro biznesin yaradıldığını demək olar”.

Oxu.Az xəbər verir ki, bunu ulu öndərin sahibkarlarla görüşünün 20 iliyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyib.

O bildirib ki, bu istiqamətdə KOBİA ciddi dəstək verib:

“Müxtəlif dövlət qurumları – Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlarla birgə layihələr həyata keçirdik. Dünya Bankını, BMT-nin İnkişaf Proqramını bu işlərə cəlb etdik. Bu da gələcək inkişafımız üçün təməl istiqamətlərdən biridir. Digər tərəfdən peşə hazırlığı proqramına başladıq. Hər il ən azı 100 min vətəndaşımız əmək bazarına daxil olur. Onların bir qismi ali təhsil müəssisələrinə gedir, bir qismi peşə təhsilinə gedir öz ixtisasına yiyələnir. Böyük bir qismi isə hər hansı ixtisası olmadan əmək bazarına daxil olur. Biz bu qismi əhatə etmək üçün peşə hazırlığı proqramına başladıq. Yəni maliyyələşdirən qismində dövlət qurumları, özəl sektorumuz isə xidmət göstərən kimi çıxış edir”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir