İş yerlərində işçi sayına görə əməyin mühafizəsi xidmətinin yaradılması barədə XƏBƏRDARLIQ

Cəmiyyət

“İşçi sayı 50 nəfərdən çox olan müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətləri mütləq yaradılmalıdır. Burada söhbət iqtisadiyyatın bütün sahələrindən gedir”.

Oxu.Az xəbər verir ki, bunu “Sosial saat”ın bu dəfəki qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.

O bildirib ki, bunlar minimum tələblərdir:

“Belə ki, işçi sayı 50 nəfəri keçən təşkilatlarda əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, 500 nəfərdən artıq işçisi olan iş yerlərində isə əməyin mühafizəsi üzrə müavin, 1000-dən çox işçisi olan yerlərdə əməyin mühafizəsi üzrə sanitar-gigiyena həkim vəzifəsi və laboratoriyalar təşkil edilməlidir. Əks halda qanunvericiliyə uyğun addımlar atılmalıdır”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir