İstehsalatda baş verən bədbəxt hadisəni gizlədənlərə XƏBƏRDARLIQ: “Müəyyən olunarsa…”

Cəmiyyət

“İstehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmadan hadisə baş verən zaman Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Bu, Əmək Məcəlləsinin 217-ci maddəsi ilə tənzimlənir”.

Oxu.Az xəbər verir ki, bunu “Sosial saat”ın budəfəki qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.

O bildirib ki, məlumatın verilməməsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyət yaradır.

V.Məmmədovun sözlərinə görə, bədbəxt hadisələrin hökmən araşdırılması vacibdir:

“İşəgötürən məlumat verdikdən sonra bizim xidmət tərəfindən məlumat araşdırılır. Müvafiq komissiya yaradılır, araşdırma aparılır. Sonda zərərçəkənin istehsalatla bağlılığı müəyyən edilərsə, o zaman ona müvafiq hadisə haqqında akt verilir. Bu aktın verilməsi bədbəxt hadisənin baş verdiyini təsdiq edən sənəddir.

Bu aktın alınmasında əsas səbəb, şəxsin gələcəkdə peşə qabiliyyətini itirdiyi, daha yüngül işə keçdiyi, əlilliyi olduğu və ya həlak olduğu təqdirdə, onun müəyyən təminatlardan yararlanması üçün tələb edilən əsas sənədlərdən olacaq”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir