Qazaxda 44 yaşlı kişi zəhərləndi

Cəmiyyət

Qazaxda kişi sirkə turşusundan zəhərlənib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü D.Mansurov zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən xəstəyə dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir