Laçında qəzaya uğrayan “Ural” hərbi təyinatlı olub? – YENİLƏNİB + AÇIQLAMA

Cəmiyyət

Müdafiə Nazirliyi Laçında qəzaya uğrayan “Ural” markalı avtomobilin hərbi təyinatlı olması iddialarına cavab verib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, Nazirliyin tabeliyinə aid hərbi hissələrdə belə bir hadisə baş verməyib.

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının hərbi təyinatlı olduğu iddia edilirdi.

11:18

Laçın rayonunda avtomobil aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir