Ermənilər oğurluqdan, Rusiya isə buna göz yummaqdan əl çəkmir – FOTOFAKT

Cəmiyyət

Ermənilər onlara məxsus olmayan maddi nemətləri və mədəni irs nümunələrini özününkü kimi təqdim etmək vərdişlərindən əl çəkmək istəmirlər.

Bədnam qonşularımızın yeni oğurluq faktları Moskvadakı məşhur VDNX sərgi salonunda qeydə alınıb.

Buradakı Ermənistan pavilyonunda saz, tar, ud və kanon kimi alətlər ölkənin qədim milli musiqi alətləri kimi təqdim edilir.

Bu azmış kimi, ermənilər  qondarma “Artsax”ı da unutmayıblar. Belə ki, sərgidə bu brend altında müxtəlif növ araqlar nümayiş olunur.

Ermənilərin oğurluqları bir yana, Rusiyanın aidiyyatı qurumlarının buna şərait yaratması və Moskvanın mərkəzi sərgi salonunda baş verənlərə göz yumması qətiyyən anlaşılan deyil.

Ümid edirik ki, tərəfimizdən nümayiş olunan bu qanunsuzluqlara qarşı istər Rusiya səlahiyyətlilərəri, istərsə də YUNESKO kimi beynəlxalq təşkilatlar lazımi reaksiya verəcək və məsələ araşdırıldıqdan sonra analoji hallara son qoyulacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir