Şəkidə kənd yolları niyə düzəldilmir? – VİDEO

Cəmiyyət

Dağlar qoynunda yerləşən Oxud Şəkinin ən qədim və səfalı kəndlərindən biridir. Kənd gözəl təbiəti ilə göz oxşasa da, nə buraya qonaq gəlmək, nə də bu mənzərəni seyr etmək istəyən var.

Sakinlər deyirlər ki, çay yolundan istifadə etmək onlar üçün daha münasibdir. Lakin yaz vaxtı suyun artması bu yoldan istifadəyə də maneə yaradır.

Oxud kənd icra nümayəndəsi bir çox qurum əməkdaşı kimi məsələnin yaxın vaxtlarda həll olunacağına ümid edir.

Onun sözlərinə görə, yolun asfaltlanması məsələsi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Kəndə 6 km-lik asfalt örtüyü salınması planlaşdırılır.

Şəki-Oxud avtomobil yolunun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kəndin yolunun yenidən qurulması Dövlət Proqramı çərçivəsində maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir