Bakı metrosunda keçmiş məhkum qadının çantasını SOYDU

Cəmiyyət

Paytaxt metrosunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, iki bank kartı olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir