Aynur Sabitova: “Qeydiyyatı olmayan uşaqların sayı 2021-ci ildən sonra azalıb”

Cəmiyyət

“Son beş il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistikası açıqlanıb”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə qeyd edib.

A.Sabitova qeyd edib ki, 2018-ci ilə 2167 belə hal olub: 

“Onlardan 2054-ü aşkarlanıb, 2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqlarının sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib.

2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972 uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-si aşkar edilib. Bu il mayın 1-nə qədər isə bu rəqəm 449-dur. Onlardan 421-i aşkar edilərək qeydiyyata götürülüb”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir