Suçiçəyinə yoluxan şəxslər meymunçiçəyinə yoluxa bilərlər? – AÇIQLAMA

Cəmiyyət

“Hər bir uşaq, böyük suçiçəyinə yoluxa bilər. Meymunçiçəyinə isə yalnız endemik ərazilərlə (Qərbi və Mərkəzi Afrika ölkələri ilə) əlaqəsi olan şəxs yoluxa bilər”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bugünkü tarixə ölkəmizdə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasında istifadə edilən Profilaktik Peyvəndlər Təqvimində suçiçəyinə qarşı peyvənd nəzərdə tutulmayıb.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir