Müstəqillik Günü Şuşada qeyd olunur – VİDEO

Cəmiyyət

28 May − Müstəqillik Günü artıq ikinci ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə də qeyd edilir. 
Baku TV-nin əməkdaşı Mədəniyyət Paytaxtımız olan Şuşadan xəbər verib.

2022-ci ilin “Şuşa İli” olduğu vurğulanaraq qeyd edilib ki, şəhərin təməlinin qoyulmasından 270 il ötür.

Həmçinin Şuşada canlanma, abadlaşmanın hiss olunduğu vurğulanıb.

“Hər küçədə, hər məhəllədə intensiv iş gedir. Hər kəs bütün səyini ortaya qoyaraq bərpa-quruculuq işlərində iştirak edir”, – deyə bildirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir