Gənclər təşkilatları PR işinin düzgün qurulmasında keyfiyyətcə yeni mərhələyə qədəm qoyur – FOTO

Cəmiyyət

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “Gənclər Təşkilatlarında Media Savadlılığının artırılması” layihəsi çərçivəsində altı təlim, dörd görüş və üç infotur keçirilib və bununla da layihə uğurla yekunlaşıb.

Layihənin əsas məqsədi sosial mediadan düzgün istifadə bacarıqlarının və vərdişlərinin inkişafı, gənclər təşkilatlarının mətbuat və media fəaliyyətlərinin stimullaşdırılması, eyni zamanda sosial media alətlərinin düzgün tətbiqi və gənclər təşkilatları üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadənin təbliğindən ibarət olub. 

Qeyd edilən məqsədlərə çatmaq üçün Nigar Arpadarai, Səmayə Məmmədova, Ellada Mustafayeva, Səbuhi Abbasov, Ağa Dadaşzadə və Şəbnəm Məhərrəmova kimi PR mütəxəssisləri ilə “Media və gənclərlə iş sahəsində uğurlu təcrübələr və yeni imkanlar”, “İctimaiyyətlə əlaqələrin qurulmasında düzgün strategiya, ənənəvi və müasir media siyasəti”, “İctimaiyyətlə əlaqələrin qurulmasında müasir çatışmazlıqlar”, “Sosial şəbəkələrin sosial mediaya inteqrasiyası və sosial medianın formalaşması” mövzularında təlimlər keçirilib, müzakirələr aparılıb və iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Həmçinin, tanınmış teleaparıcılar Jalə Həsənli, Azər Süleymanlı, Milli Məclisin deputatı Arzu Nağıyev və məşhur fotoqraf Raj Steven ilə “Vizual reallıq və PR, obyektivin gözü ilə”, “İctimaiyyətlə əlaqələrin qurulmasında müasir trendlər və inkişaf perspektivləri”, “İnformasiyanın düzgün çatdırılmasında uğurlu nitq normaları” kimi mövzular ətrafında maarifləndirici görüşlər keçirilib və qonaqlarımız öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Layihənin son mərhələsi olaraq isə İctimai Televiziya və Radio Yayımları Şirkətinə, ARB24 televiziya kanalına və xəbər agentliklərindən birinə infotur təşkil olunub. İnfotur zamanı iştirakçılar kanalların və xəbər agentliyinin bütün departamentləri, həmçinin montaj otağı, səsyazma studiyası, xəbər efirlərinin “newsroom”ları və proqramların kadrarxası məqamları ilə tanış olublar.

Ümumilikdə üç ay davam edən layihənin bağlanış mərasimi qeyri-formal formatda baş tutub. Görüş zamanı NAYORA-nın mətbuat katibi, layihənin koordinatoru Aygün Kərimova tərəfindən hesabat təqdim olunub, gənclər təşkilatlarının PR menecerləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir