Biləsuvarda iki nəfər qazdan boğulub, biri ölüb

Cəmiyyət

Biləsuvarda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə “Təyyarə meydanı” adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiyada çalışan iki fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir