Əlləri olmayan protez ustası: “Güdüllərimin amputasiya olunmasına güldülər” – VİDEO

Cəmiyyət

Baku TV protez ustası Nazim Əliyev haqqında reportaj hazırlayıb.

35 ildir Protez-Ortopedik Bərpa Mərkəzində çalışan Nazim Əliyev buranın ən qocaman əməkdaşıdır. Onun digər həmkarlarından fərqi isə fəaliyyətini protez qolları vasitəsilə yerinə yetirməsidir. O, iki ayrı protez qoldan istifadə edir: biri iş, digəri isə gündəlik həyatda istifadə üçün. 

N.Əliyev bildirir ki, sovet dövründə Bakıda protez mərkəzi yox idi. O, müalicə məqsədi ilə Sankt-Peterburq şəhərinə gedib:

“Orada mənə protez düzəldirdilər. Sankt-Peterburqda mənim güdüllərimin amputasiya olunmasına güldülər. O vaxtdan özümə söz verdim ki, mən bu sahəni ölkəmdə inkişaf etdirəcəm”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir