“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü – VİDEO

Cəmiyyət

Bakıda 31 yaşlı oğlanı avtomobil vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Elçin Əli oğlu Rüstəmovun idarə etdiyi “Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada – 1991-ci il təvəllüdlü Nazim Fuad oğlu Nağıyevi vurub. 

Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir