Bərdədə avtomobil piyadaları vuraraq QAÇDI: Ölən və yaralı var

Cəmiyyət

Bərdədə piyadaları vuran avtomobil hadisə yerini tərk edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində iyunun 9-u saat 21 radələrində VAZ-21011 markalı avtomobillə yolu keçən şəhər sakinləri B.Cəfərli və Rövşən Mirzəyev vurulub və sürücü hadisə yerini tərk edib.

Nəticədə R.Mirzəyev hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü Ə.Şahverdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir