42 yaşlı qardaşına ciyərini verən Nərmin səhhətindən yazdı – FOTO

Cəmiyyət

Müğənni Nərmin Kərimbəyova səhhəti barədə açıqlama verib.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.

Nərmin hazırda palatada olduğunu və qanazlığı ilə mübarizə apardığını bildirib:

“Mənə görə narahat olanlar, yazanlar, zəng edənlər, dua edənlər, bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın, artıq palatadayam. Hələ ki, qanazlığı və ağrılarla mübarizə aparıram. Allah kərimdir. Görüşmək ümidi ilə”.

Qeyd edək ki, Nərmin Kərimbəyova bir neçə həftə əvvəl Türkiyədə hepatit B virusuna yoluxan 42 yaşlı qardaşı Kamrana qaraciyərini verib və ağır əməliyyatın ardından vəziyyəti pisləşib.

Sözügedən paylaşımı təqdim edirik:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir