Bakıda üç minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir

Cəmiyyət

Bakı şəhəri üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə müşaviri Namiq İsmayılov deyib.

O bildirib ki, həmin şəxslərdən 1233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır:

“Bundan başqa, 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər islah işlərinə cəlb edilib, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından azad edilənlərdir”, – N.İsmayılov deyib.

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir