Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır

Cəmiyyət

Şabranda anasını qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nazırovun məhkəməsi başlayır.

“Report” xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Şabran rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Məhəmməd Nazırov anası – 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən ölüb. M.Nazırov hadisəni törədəndə sərxoş vəziyyətdə olub.

M.Nazırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir