Abşeronun qaz təhcizatında fasilə olacaq

Cəmiyyət

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar iyulun 8-də saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir