Azərbaycanda şadlıq saraylarında menyular bahalaşıb – QİYMƏTLƏR

Cəmiyyət

İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir