“Yeni klinika”ya baş həkim təyin edildi – FOTO

Cəmiyyət

“Yeni klinika”ya baş həkim təyin edilib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə “Yeni klinika” tibb müəssisəsinə baş həkim vəzifəsinə təyinat olub.

Tibb müəssisəsinin direktoru vəzifəsinin icrası tanınmış anestezioloq Cavid Paşayevə həvalə edilib. 

C.Paşayev təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.

Vüqar Qurbanov yeni baş həkimi kollektivə təqdim edib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir