Paytaxtda sərxoş piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb

Cəmiyyət

Bakıda sərxoş piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Heydər Əliyev prospektində “Toyota” maraqlı avtomobil təqribən 50-55 yaşlı kişini vurub. Avtomobil daha sonra idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Naməlum piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun sərxoş olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir