Zaqatalada işıq problemi nə zaman həll olacaq? – VİDEO

Cəmiyyət

Zaqatalanın Mosul kəndinin sakinləri illərdir işıqla bağlı problem yaşayırlar.

Dayaqlar 1975-1980-ci illərdə quraşdırılıb. Zaman keçdikcə dayaqlarda çürümə gedib və əsasən yağıntılar çox olduqda dayaqlar aşır.

Kənddə elektrik təchizatının ən təhlükəli tərəfi isə transformatorlardır. Ötən əsrin ortalarında quraşdırılan transformatorlar istismar müddətini tamamlamaqla yanaşı, ətrafı mühafizə çəpərinə alınmadığından demək olar ki, ölüm saçır. 

3400 sakini olan kəndin əksər ərazilərində naqillər ağacların budaqları arasından keçir. Bu da külək əsən zaman qısaqapanmaya və sonda sakinlərin işıqsız qalmasına səbəb olur. 

Problemlə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, son vaxtlar şimal-qərb bölgəsində yenidənqurma işləri aparılır:

“Növbəti mərhələdə isə Zaqatalanın bir neçə kəndinin elektrik təchizatı yenilənəcək. O cümlədən adıçəkilən Mosul kəndi də bu siyahıdadır”.

Daha ətraflı süjetdə:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir