Bakıda taksi yol qəzası törədib, xəsarət alan var

Cəmiyyət

Bakıda taksi yol qəzası törədib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Əli Əliyev küçəsində qeydə alınıb.

Belə ki, “Uber” taksi şirkətinə məxsus avtomobil yüksək surətdə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir