Xətaidə ağaclar niyə kəsilib? – AÇIQLAMA

Cəmiyyət

Xətai rayonunda ağacların gecə saatlarında kəsildiyi iddia edilib. 

Bu barədə Cavanşir küçəsi, 116 saylı məktəbin yaxınlığında yaşayan sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.

Bildirilib ki, məktəbin yanındakı parkda tut ağacı gecə saatlarında kəsilib:

“Orada olan adamlar müdaxilə etmək istəsə də, əhəmiyyət verilməyib”.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Cavanşir küçəsi, 116 saylı məktəbin yaxınlığındakı parkda ağacların kəsilməsi ilə bağlı məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb:

“Araşdırma zamanı sözügedən ərazidə ağac kəsilməsi faktının olmadığı, lakin bir neçə ağaca xəstəlik düşməsi səbəbindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən onlara aqrotexniki qulluq göstərildiyi müəyyən edilib”.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir