Ağır yanıq xəsarəti alan bir yaşlı körpənin yardıma ehtiyacı var – FOTO

Cəmiyyət

Aprel ayında bədbəxt hadisə ilə üzləşən ailənin yenidən köməyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Kürdəmir sakini Möhübbət Rəhimli məlumat verib.

O qeyd edib ki, körpəsi Mehdi Rəhimli 11 aylıq olarkən iməkləyən zaman üzərinə qaynar samovar aşıb.

Ağır xəsarətlər alan körpə 5 nömrəli Şəhər Kliniki Xəstəxanasında müalicə alıb. Ona sağ yuxarı ətrafın, qarnın ön səthinin, sağ aşağı ətrafın II-III dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Hazırda bir yaş iki aylıq olan Mehdiyə dörd ay əvvəl dəri köçürülməsi əməliyyatı edilib. Lakin köçürülən dərini orqanizm qəbul etməyib və o qopub. Yenidən özəl xəstəxanaların birində əməliyyat edilən körpənin xərclərini qarşılamaqda isə ailə çətinlik çəkdiyini bildirir:

“İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirik. Mehdinin müalicə aldığı klinikaya 800 AZN borcumuz qalıb. Ödənişi etmək isə artıq bizim üçün mümkünsüz olub”.

Əlaqə nömrəsi: 0516298719 (Vilayət Rəhimov – babası)

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir