Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Cəmiyyət

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-21021” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakini, 1987-ci il təvəllüdlü Yasin Həsənov və 1992-ci il təvəllüdlü Babək Bayramlı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, onların hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir