12 ildən sonra doğulan 4 günlük körpə yaşamaq üçün mübarizə aparır – FOTO

Cəmiyyət

Cəmi dörd gündür dünyaya gözlərini açan körpə yaşamaq üçün mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun nənəsi Liza Hacımetova məlumat verib.

O qeyd edib ki, nəvəsi altı aylıq doğulub və bu səbəbdən də səhhətində ciddi problemlər var:

“Nəvəm 12 ildən sonra 29 avqustda qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib və hal-hazırda cəmi 900 qramdır. Ciyərləri hələ açılmayıb. Dörd günə 50 qram kilo ala bilib. Özəl klinikaların birində müalicə alır. O, CPAP adlı aparata qoşulu vəziyyətdədir (ağciyərlərin süni havalandırma qurğusu). Bu bizə günə 350 manata başa gəlir. Əlavə olaraq günə nəvəmə həyatda qala bilməsi üçün dərmanlar verilir. Qısacası bir günə 1200 manat pul tələb olunur. Ən azı bir aylıq proses bizi gözləyir. Ümumilikdə nəvəmin yaşaması üçün 36 min manat lazım olacaq. Azərbaycan xalqından bizə bu çətin günlərimizdə dəstək olmalarını xahiş edirik”.

Ailə ilə əlaqə nömrəsi: 050 483 45 45 (Nənəsi Liza xanım)

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir