Azərbaycanda universitet kitabxanasında yanğın olub

Cəmiyyət

Gəncə şəhərində ali məktəbin kitabxanasında yanğın olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir