Bakının mərkəzində restoranda yanğın – FOTO/VİDEO

Cəmiyyət

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 350 kvadratmetr olan obyektdə (restoran kimi fəaliyyət göstərir) bir ədəd kondisioner, üç paqon metr elektrik kabeli və dam örtüyünün taxta atmaları üç kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Obyektin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – məlumatda deyilir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir