“Yeni Klinika” bütün vətəndaşlara tibbi xidmətlər göstərəcək

Cəmiyyət

“Yeni Klinika” bir aydan sonra bütün vətəndaşlara tibbi xidmətlər göstərməyə başlayacaq”.

Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Yeni Klinika” artıq yalnız koronavirus xəstələrinin müalicəsi ilə bağlı deyil, digər sahələr üzrə də vətəndaşlara xidmətlər göstərəcək:

“Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Demək olar ki, işlər yekunlaşmaq üzrədir. “Yeni Klinika”da kifayət qədər əməliyyat otaqları və palatalar mövcuddur. Bundan əlavə, yaxın zamanlarda Azərbaycanda mövcud olmayan və bu günədək həyata keçirilməyən bir sıra əməliyyatlar da bu tibb müəssisəsində icra olunacaq. Eyni zamanda, qısa müddətdə robotik cərrahiyyənin həyata keçiriləcəyini qeyd etmək istərdim”.

V.Qurbanov bildirib ki, “Yeni Klinika”da poliklinika şöbəsi tam fəaliyyətdədir və hazırda bir sıra əməliyyatlar da həyata keçirilir.

Qeyd edək ki, “Yeni Klinika” 28 mart 2020-ci ildən etibarən fəaliyyət göstərir.

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir