Antalyada fırtına həyatı iflic etdi – VİDEO

Dünya

Antalyada leysan yolları gölə çevirib.

Şiddətli yağış səbəbindən nəqliyyat vasitələri hərəkət etməkdə, vətəndaşlar yolun qarşı tərəfinə keçməkdə çətinlik çəkiblər.

Kumlucada küləyin sürəti saatda 71 kilometr təşkil edib.

Səlahiyyətlilər vətəndaşlardan sel, daşqın, dolu, tornado və ildırım kimi neqativ hallara qarşı diqqətli olmalarını xahiş ediblər.

Şiddətli yağış və fırtınanın şəhər mərkəzində iki gün davam edəcəyi gözlənilir.

Mənbə: TRT Haber