Jozep Borrel Rusiyanın Dneprə raket hücumu barədə: “Cinayətlər cəzasız qalmayacaq” – FOTO

Dünya

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binaya Rusiyanın raket hücumu barədə şərh verib.

O, bu barədə öz “Twitter” səhifəsində paylaşım edib.

Borrel bildirib ki, Aİ Ukraynaya dəstəyini davam etdirəcək və Rusiyanın cinayətləri cəzasız qalmayacaq.

“Dünən Rusiya növbəti dəfə Ukrayna şəhərlərini raket atəşinə tutdu. Rusiyanın qeyri-insani təcavüzü birbaşa mülki şəxslərə, o cümlədən uşaqlara qarşı yönəlib. Bu cinayətlər cəzasız qalmayacaq. Aİ lazım olduğu müddətcə Ukraynaya dəstəyini davam etdirəcək”, – deyə Borrel qeyd edib.

Mənbə: Zn.ua