Kiyevə 30 qanadlı raket atılıb – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün səhər saatlarından Ukraynanın, demək olar ki, bütün vilayətləri raket hücumlarına məruz qalıb.

Məlumata görə, Kiyev şəhərinə 30 qanadlı raket atılıb ki, onların hamısı havada ikən zərərsizləşdirilib.

“Lakin Dneprin sol sahilində, Dneprovski rayonunda partlayış səsi eşidilib. Nəticədə ərazidə elektrik enerjisinin verilişində uzunmüddətli fasilə yaranıb”, – deyə jurnalist qeyd edib.

O da bildirilib ki, son günlər Rusiya Ordusu Zaporojye vilayətində işğal etdiyi rayonlardan Ukraynanın nəzarətində olan ərazilərə hücumları artırıb.