Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra baş verən möcüzəvi xilaslar xilasediciləri göz yaşlarına boğub. Belə ki, zəlzələnin episentri olan Kahramanmaraşda bir nəfər, Hatayda isə bir saatın içində 6 nəfər xilas edilib.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
“Haber Global” həmin təsirli məqamların kadrlarını yayımlayıb.