İran televiziyasından parada qoşulanların sayını artıq göstərmək üçün unikal fırıldaqçılıq – FOTO

Dünya

İran televiziyasının “Xəbər şəbəkəsi” proqramı bugünkü mərasimin işıqlandırılmasında fırıldaqçılığa əl atıb. 

Bu isə vətəndaşların diqqətində yayınmayıb.

Televizorda müxtəlif şəhərlərdə baş tutan mərasimlər eyni anda yayımlanıb. Bir şəhərdə tədbirə qatılanların sayının az olması molla rejimini unikal vasitəyə əl atmağa məcbur edib. Belə ki, Ərdəbildə olan görüntülər həm də Kirman şəhərində yaşanırmış kimi yayımlanıb.

Bu, molla rejiminin televiziyasının izahedilməz performansıdır.