Gürcüstanda zəlzələ baş verdi

Dünya

Şənbə günü axşam Gürcüstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:33-də (Bakı vaxtilə üst-üstə düşür – red.) baş verib. Onun episentri Ozurqeti şəhərindən (Quriya vilayətinin mərkəzi) 7 kilometr şərqdə, Vakijvari kəndi yaxınlığında olub.

Zəlzələnin mənbəyinin 5 km dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Mənbə: İnterfaks