Tramp içiboş qovluğa görə məhkəməyə çağırıldı

Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo mülkündə axtarış zamanı tapılan “Gizli Axşam Brifinqi” adlı qovluqla bağlı məhkəməyə çağırılıb.

Məlumata görə, qovluq boş olub. O, siyasətçinin xahişi ilə xatirə olaraq saxlanılıb. ABŞ Ədliyyə Nazirliyi Trampın malikanəsində aparılan axtarışla bağlı hesabat aldıqdan sonra federal prokurorluq bu qovluğun hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini və keçmiş dövlət başçısının məhkəməyə çağırılmasını istəyib.

Qeyd edək ki, dekabr ayında keçmiş prezidentin iqamətgahında aparılan yoxlamlar zamanı məxfi sənədlər aşkar olunub.

Mənbə: lenta.ru