Finlandiya Türkiyəni gözləmədən NATO üzvlüyünə səs verəcək

Dünya

Fevralın 28-də Finlandiya parlamenti Şimali Atlantika Alyansına qoşulmağa səs verəcək.

Bunu parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Yussi Qalla-Aho bildirib.

O, izah edib ki, Finlandiya parlamenti Türkiyə və Macarıstanın onun alyansa qəbul ərizəsini təsdiqləməsini gözləmədən ölkənin NATO-ya üzvlüyünə səs vermək qərarına gəlib ki, bütün ölkələr Finlandiyanın ərizəsini ratifikasiya etdikdən sonra digər rəsmiləşdirmələr artıq tamamlanmış olsun.

Qeyd edək ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bir müddət əvvəl bildirmişdi ki, ölkə şimal qonşusu İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq planına sadiqdir və iyuldan gec olmayaraq buna ümid edir. 

Mənbə: zn.ua