Türkiyədə zəlzələ baş verən ərazinin tullantılardan təmizlənməsi azı iki ilə qədər vaxt apara bilər

Dünya

Türkiyədə baş verən son zəlzələdən sonra dağıntıların baş verdiyi ərazidən 100 milyon tona yaxın tullantı çıxarılacaq.

Bu açıqlama ilə zəlzələ bölgəsində zərərin qiymətləndirilməsi işləri aparan komissiya çıxış edib.

Qeyd olunur ki, hazırda dağıntıların yığışdırılmasına və ərazinin təmizlənməsinə 480 şirkət cəlb olunub.

Mütəxəssislər nəzərə çatdırıb ki, söküntü işləri ənənəvi üsullarla aparılarsa ərazilərin təmizlənməsi azı iki ilə qədər vaxt apara bilər.

Mənbə: Anadolu