Latviyada sərxoş sürücülərin avtomobilləri müsadirə edilərək Ukraynaya veriləcək

Dünya

Latviyada, əgər sürücünün avtomobili sərxoş idarə etdiyi qeydə alınarsa, nəqliyyat vasitəsi müsadirə edilərək istifadə üçün Ukraynaya verilə bilər.

Belə ki, qanun layihəsinə Latviya Seymi tərəfindən baxılıb.

Qanun layihəsinin müəlliflərindən biri olan Raymond Berqmanis vurğulayıb ki, sərxoş sürücülərdən müsadirə olunan nəqliyyat vasitələri müxtəlif ehtiyacların qarşılanması üçün istifadə edilə bilərdi, lakin indiki şəraitdə bu əmlak Ukrayna xalqı üçün daha faydalı ola bilər.

Qeyd edək ki, Latviya hökuməti müharibənin ilk günlərindən Ukraynaya ən ciddi dəstək verək ölkələrdən biridir.

Mənbə: Rbc.ru