Amerika Birləşmiş Ştatlarının fevralın 6-da baş verən və “əsrin fəlakəti” kimi Türkiyə tarixinə düşən 7,7 bal gücündə dağıdıcı zəlzələdə yaralananların sağlamlıq ehtiyacları üçün yolladığı səhra xəstəxanası “İncirlik” bazasına çatdırılıb.
100 çarpayı, təcili xidmət və 2 əməliyyat otağından ibarət xəstəxana Hatayda Səhiyyə Nazirliyinin təyin edəcəyi ərazidə qurulacaq.
Məlumata görə, amerikalı hərbçilər bu gündən etibarən xəstəxananı qurmağa başlayacaq və bir həftə ərzində Türkiyənin səhiyyə qurumuna təslim edəcəklər.
Mənbə: Haber Global