Hollivud aktyoru vəfat etdi

Dünya

Hollivud aktyoru Tom Sayzmor 61 yaşında vəfat edib.

Bu barədə onun meneceri Çarlz Laqo bildirib.

Məşhur amerikalı aktyorun ölümünə səbəb anevrizma olub. O, fevralın 18-dən yatırıldığı xəstəxanada həyatını itirib.

Aktyorun qardaşı və əkiz oğulları yanında olub.

Aktyor daha çox 1998-ci ildə ekranlara çıxan və beş dəfə “Oskar”a layiq görülən “Saving Private Ryan” filmində Mayk Horvat rolu ilə tanınıb. Film Stiven Spilberqə ən yaxşı rejissor mükafatını qazandırıb.

Mənbə: NBC News