Britaniya və Almaniya ilk dəfə birlikdə Estoniya səmasını qoruyacaqlar

Dünya

Böyük Britaniya və Almaniya ilk dəfə Estoniya üzərində birgə hava əməliyyatlarında iştirak edəcəklər.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

NATO-nun hava patrul əməliyyatlarında iştirak etmək üçün krallığın 300-ə yaxın hərbçisi Baltikyanı ölkəyə göndəriləcək.

Britaniya pilotları Almaniya Hərbi Hava Qüvvələrinin “Typhoon” qırıcıları ilə birlikdə real “inteqrasiya edilmiş” missiyalarda birgə fəaliyyət nümayiş etdirəcəklər.

Mənbə: Sky News